Çempionatımızın “balaca” ləqəbli qoleadoru komanda yoldaşına “ilişdi” - FOTO

21 May 2023 17:45 Kəpəz 844
Çempionatımızın “balaca” ləqəbli qoleadoru komanda yoldaşına “ilişdi” - FOTO

“Kəpəz”də üzlər gülür.

Mövsümə uğursuz nəticələrlə başlayan, sonradan qələbələri sıralayaraq Premyer Liqadakı yerini qoruyan Gəncə təmsilçisində əhval-ruhiyyə yaxşıdır.

Bunu görmək üçün futbolçuların sosial şəbəkə hesablarındakı zarafat dolu paylaşımlarına nəzər yetirmək kifayətdir.

Bu dəfə Abdullahi Şuaybu ilə Ahmed Ayzaya diqqətləri üzərinə çəkib.

Komandanın “vuran ayağı” Şuaybu məşqdən şəkil paylaşıb. Fotoda Abdullah qaçır, Ayzaya onu tutmağa çalışır. Nigeriyalı hücumçu paylaşdığı şəkilə “bacarırsansa, məni tut” başlığını qoyub.

Ahmedin cavabı özünü çox gözlətməyib. “40 nömrə” Şuaybuya məzəli cavab yazıb: “Narahat olma, balaca. Gələn dəfə”.

İşin maraqlı tərəfi Ayzayanın “balaca” sözünü ingilis dilində yox, azərbaycanca yazmasıdır. Abdullahini komanda yoldaşları məhz “balaca” ləqəbi ilə çağırır.

Abdullahi Şuaybu cari mövsümdə Premyer Liqada meydana çıxdığı 32 oyunda 10 qol vurub, 5 məhsuldar ötürmə verib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti