"Kəpəz"i Tərlan Əhmədovdan sonra çalışdıracaq şəxsin kimliyi bilindi – SON DƏQİQƏ

21 May 2023 15:15 Kəpəz 9 597
"Kəpəz"i Tərlan Əhmədovdan sonra çalışdıracaq şəxsin kimliyi bilindi – SON DƏQİQƏ

Ötən ilin dekabrında gözlənilmədən «Səbail»dən ayrılan Mahmud Qurbanovun işsiz günləri başa çatmaq üzrədir.

Tərlan Əhmədova yeni müqavilə təklif etməyən«Kəpəz»in rəhbərliyi artıq onunla danışıqlara start verib.

Gəncə təmsilçisi bu klubun yetirməsi olan «Professor»la anlaşmağa çox yaxındır. Çünki tərəflərin şərtləri üst-üstə düşür.

«Kəpəz»in İdarə Heyətinin sədri İlqar Nadiri bugünlərdə mühüm qərar verib.

Baş məşqçinin bir qrup tərəfdarı ilə görüşmüş klubun rəhbəri fikrindən dönməyib. O, Əhmədovun fanatlarıyla söhbətində nala-mıxa vursa da, ondan sonra yaxın çevrəsiylə keçirdiyi toplantıda axır sözünü deyib.

Nadiri bildirib ki, Əhmədov müxtəlif yerlərdə onun arxasınca danışıb, haqqında həqiqətəuyğun olmayan xəbərlər yayıb, klubun reputasiyasına zərər vuran kampaniya aparıb.

Sədr barəsində işlətdiyi ifadələrin ona çatdırıldığını, bütün bunlardan sonra əməkdaşlığın davam etdirilməsində bir məna görmədiyini söyləyib.

M.Qurbanov uzun illər «Kəpəz»in formasını geyinib, burada xeyli medal qazanıb. O, məşqçi kimi də ilk addımlarını doğma şəhərinin komandasında atıb.

11 il öncə «Kəpəz»in sükanı arxasına keçib və bir müddət sonra iş yerini tərk edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"