Bu legioner Tərlan Əhmədova lazım olmadı

21 May 2023 19:25 Kəpəz 1 442
Bu legioner Tərlan Əhmədova lazım olmadı

Premyer Liqada qalmaq vəzifəsini vaxtından əvvəl yerinə yetirən "Kəpəz"də yeni mövsümün hazırlıqlarına start verilib.

Artıq komandadan ayrılacaq futbolçulardan birinin kimliyi məlum olub.

Bu, qapıçı Mario Mustapiçdir. O, Tərlan Əhmədovun ümidlərini doğrultmağı bacarmayıb və bu səbəbdən "qara siyahı"ya adı düşən ilk futbolçulardandır.

Ötən ildən qərb təmsilçisinə transfer olunan qolkiper sənədlərində yaranan problem səbəbindən yalnız bu ilin qışından komandasına kömək edə bildi.

Xorvatiyalı meydana çıxdığı 9 matçda qapısından 12 qol buraxıb. Bir halda isə rəqib komandanın penalını qaytarmağı bacarıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti