"Kəpəz"i idarə edən şəxs Tərlan Əhmədovdan üz çevirdi - ARXAMCA DANIŞIB

20 May 2023 17:40 Kəpəz 1 700
"Kəpəz"i idarə edən şəxs Tərlan Əhmədovdan üz çevirdi - ARXAMCA DANIŞIB

«Kəpəz»in İdarə Heyətinin sədri İlqar Nadiri mühüm qərar verib.

Bu qərara əsasən, Tərlan Əhmədovla yeni müqavilə imzalanmayacaq.

Bugünlərdə baş məşqçinin bir qrup tərəfdarı ilə görüşən klubun rəhbəri fikrindən dönməyib. O, Əhmədovun fanatlarıyla söhbətində nala-mıxa vursa da, ondan sonra yaxın çevrəsiylə keçirdiyi toplantıda axır sözünü deyib.

Nadiri bildirib ki, Əhmədov müxtəlif yerlərdə onun arxasınca danışıb, haqqında həqiqətəuyğun olmayan xəbərlər yayıb, klubun reputasiyasına zərər vuran kampaniya aparıb.

Sədr barəsində işlətdiyi ifadələrin ona çatdırıldığını, bütün bunlardan sonra əməkdaşlığın davam etdirilməsində bir məna görmədiyini söyləyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti