Baş məşqçinin tərəfdarları rəhbərlə görüşdü, ondan TƏLƏB ETDİLƏR Kİ… YENİ GƏRGİNLİK

18 May 2023 11:00 Kəpəz 1 319
Baş məşqçinin tərəfdarları rəhbərlə görüşdü, ondan TƏLƏB ETDİLƏR Kİ… YENİ GƏRGİNLİK

«Kəpəz»in bir qrup azarkeşi klubun İdarə Heyətinin sədri İlqar Nadiri ilə görüşüb.

Onlar rəsmi şəxslə Tərlan Əhmədov barədə söhbət aparıb.

Baş məşqçinin tərəfdarları onun Gəncədə saxlanılmalı olduğunu bildirib, müqavilənin yenilənməsini tələb ediblər.

Fanatlar Nadiridən Əhmədovla apardığı intriqaya son qoymasını istəyiblər və ona xatırladıblar ki, baş məşqçi dəyişikliyinə kimi komanda bərbad çıxışla yadda qalıb və yalnız Əhmədovun gəlişindən sonra nəticələr düzəlib.

Azarkeşlərin qarşısında özünü itirən İdarə Heyətinin sədri bu məsələyə bir müddət sonra baxılacağını, klubun maraqlarına uyğun qərar veriləcəyini söyləməklə kifayətlənib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti