"Hamı evi üçün darıxıb, xüsusən də biz" – Azərbaycan klubunun legioneri

17 May 2023 20:20 Kəpəz 722
"Hamı evi üçün darıxıb, xüsusən də biz" – Azərbaycan klubunun legioneri

«Hamı evi üçün darıxıb, xüsusən də biz».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Kəpəz»in müdafiəçisi Yeqor Xvalko deyib.

Belaruslu arxa xətt oyunçusu «mövsümün sona çatmasına sayılı günlər qalmış oyunlara köklənmək çətin deyil ki» sualını cavabında bunları söyləyib:

«Bunu anlamaq çətin deyil. Öz adımdan onu deyə bilərəm ki, çempionat hər nə qədər uzun olsa da, burada oynamaq maraqlıdır.

İndiyə qədər ən yaxşı halda 30 turluq çempionatda çıxış etmişəm. Burada 36 həftəlikdir.

Hər nə qədər çətin olsa da, sonluğun yaxşı olacağına ümid edərək mübarizə aparırıq».

Digər Xəbərlər
Xəbər Lenti