Premyer Liqa klubunun baş məşqçisi dostlarından xeyli borc pul götürüb

12 May 2023 10:40 Kəpəz 1 672
Premyer Liqa klubunun baş məşqçisi dostlarından xeyli borc pul götürüb

«Kəpəz»in baş məşqçisi Tərlan Əhmədov klub rəhbərliyindən narazılığını ifadə edib.

Gəncənin tanınmış məkanlarından birində bir qrup tərəfdarı ilə görüşən çalışdırıcı lazımı səviyyədə dəstək ala bilməməsindən gileylənib.

O, Premyer Liqada qalmaq vəzifəsini yerinə yetirdiyini, bununla belə, komandanın çoxsaylı problemlərlə üzləşdiyini bildirib.

Əhmədov futbolçulara olan ödəmələrin edilməsi üçün dostlarından xeyli borc götürdüyünü, İdarə Heyətinin sədri İlqar Nadirinin əlini ağdan-qaraya vurmadığını deyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 Avqust 18:10 Çək və bizə göndər!
17 Avqust 17:20 "Qarabağ"dan ŞOK XƏBƏR!