Tərlan Əhmədovun şərtləri sədrin xoşuna gəlmədi, iki-üç namizədi gözaltı etdi

9 May 2023 14:40 Kəpəz 2 329
Tərlan Əhmədovun şərtləri sədrin xoşuna gəlmədi, iki-üç namizədi gözaltı etdi

Premyer Liqanın son iki turunda qeydə alınan məğlubiyyətlər «Kəpəz»də yenidən gərgin vəziyyət yaradıb.

Baxmayaraq ki, Tərlan Əhmədov komandanı elitada saxlamaq tapşırığının öhdəsindən böyük ölçüdə gəlib, İlqar Nadiri hələ də baş məşqçi ilə bağlı optimist düşünmür.

İdarə Heyətinin sədri onunla yeni müqavilənin imzalanmasına hələlik isti yanaşmır.

Yalnız «Sumqayıt» və «Sabah»a məğlubiyyətə görəmi? Əsla!

İş ondadır ki, Əhmədov daha 1 il Gəncədə qalmaqdan ötrü şərtlər irəli sürüb.

Mütəxəssis əməkhaqqının artırılmasını, transfer büdcəsinin tamamilə onun ixtiyarına verilməsini, yayda alınacaq yeni futbolçularla danışıqlara idarəçilərdən heç kimin qarışmamasını istəyib.

Bir sözlə, Əhmədov komanda üzərində mütləq səlahiyyət sahibi olmaq niyyətindədir. Bu da sədrin xoşuna gəlməyib.

Baş məşqçinin tələblərini diktə etməsi, amiranə surətdə danışması, onu və digər funksionerləri maliyyə məsələlərindən kənarda saxlamağa çalışması Nadiridə qıcıq yaradıb.

O, yaxın çevrəsi ilə söhbətlərində Əhmədovu klubdan göndərməyi planlaşdırdığını, artıq bu məqsədlə iki-üç namizədi gözaltı etdiyini bildirib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti