“Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov yeni müqavilə imzalmaq üçün öz şərtlərini elan edib.
Cari mövsümün əvvəlində Yaşar Vahabzadənin yerinə gələn və komandanı Premyer Liqada saxlamaq vəzifəsini yerinə yetirən mütəxəssis istəklərini rəhbərliyin diqqətinə çatdırıb.
Bunlar içərisində bəzi şərtlər xüsusi diqqət çəkir. İş ondadır ki, çalışdırıcı əməkhaqqısının artırlması marağındadır. Həmçinin tra nsfer büdcəsinin onun nəzarətinə verilməsinə nail olmaq niyyətindədir.
Yəni ki, o, indən belə komanda üzərində yeganə söz haqqı olan şəxsə çevrilməyi planlaşdırır.
Tərlan Əhmədovun tələbi yerinə yetirilsə, nə İdarə Heyətinin sədri İlqar Nadiri, nə də klubun digər funksionerləri transfer fəaliyyəti ilə məşğul ola biləcək. Yerli və əcnəbi futbolçuların gətilməsində iştirak etməyəcəklər.
SPORTİNFO.AZ

