Heyif deyil Gəncə…

4 May 2023 21:20 Kəpəz 1 255
Heyif deyil Gəncə…

“Çox istərdik ki, Gəncədəki stadion müasir standartlara cavab versin, meydanın durumu ideal olsun.

Ancaq indiki vəziyyətdə belə, bizə Gəncədə oynamaq daha rahatdır”.

“Kəpəz”in futbolçusu Yeqor Xvalko Sportinfo.az-a açıqlamasında komandasının rəqiblərini Gəncədə yox, başqa şəhərdə qəbul etməsi ilə bağlı danışıb.

Qərb təmsilçisi mövsümün əvvəlində Gəncə şəhər stadionunun təhlükəsizlik tələblərinə cavab vermədiyinə görə ev oyunlarını Qəbələdə keçirirdi.

Sonradan Nizami yurdundakı arenanın önündə yaşıl işıq yandırıldı ki, “sarı-göylər” gəncəli fanatların önündə oynamağa başladı.

Lakin bu dəfə qazon sıradan çıxdı. Təbii örtüyün əlverişsiz duruma düşməsi səbəbindən “Kəpəz” növbəti dəfə Qəbələyə “sürgün edildi”.

Belaruslu müdafiəçi rəqibləri doğma meydanda qəbul edə bilmədiklərinə görə məyusdur:

“Gəncədə yaşayırıq, orada məşq edirik. Azarkeşlərimiz bizi sevir, biz də onları. Ev oyunlarımız zamanı bizə dəstək verir, rəqiblərə təzyiq göstərirlər.

Gəncədə oynamaq bizim üçün daha rahatdır. Gəncədə oynayanda nəticələr də ürəkaçan olur.

“Qarabağ” və “Sabah” kimi çox-çox güclü rəqiblərlə məhz Gəncədə heç-heçə oynamışıq, “Neftçi”ylə başa-baş mübarizə aparmışıq.

Psixoloj baxımdan rəqibləri Gəncədə qəbul etməyimiz daha yaxşıdır, nəinki Qəbələdə”.

Son iki ev oyununu Qəbələdə keçirən gəncəlilər mayın 5-də “Sabah”ı da məhz burada qəbul edəcək. 35-ci turda “Neftçi” ilə görüşün harada oynanılacağı hələ ki, bəlli deyil.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti