Azərbaycanlı iş adamı “Barselona” üçün İspaniyaya səfər edib.
Əslən Gəncədən olan Müşfiq Tahirov illərdir azarkeşlik etdiyi komandanın çıxışını canlı izləmək üçün “Nou Kamp”a bilet alıb.
Xeyli vaxtdır Moskvada yaşayan Tahirov fanatı olduğu Kataloniya təmsilçisinin “Osasuna” ilə görüşünü stadionda izləyib.
O. stadiona “Kəpəz”in şərfi ilə yollanıb və İspaniyadan “Kəpəz” azarkeşlərinə salam göndərib.
Maraq üçün bildirək ki, gəncəli iş adamı bir müddət öncə şəhid ailələrinə üzərində şəhidlərin şəkilləri olan formalar hədiyyə etməklə diqqət çəkib.
HƏBİB / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

