"Kəpəz"in dağıdılmasına başlandı... "Fitil"i kim çəkdi?

3 May 2023 11:20 Kəpəz 6 604
"Kəpəz"in dağıdılmasına başlandı... "Fitil"i kim çəkdi?

Xoş-beş, beş-on beş, vəssalam! «Kəpəz»in «Sumqayıt»la qarşılaşmada qələbə istəyi buna bənzədi

. Yəni, komanda özünə bənzəmədi. Bir balaca əlləşdilər, sağa-sola döyükdülər, bitdi.

Bilirlər ki, daha onları böyük təhlükə gözləmir. «Şamaxı» ilə «Səbail»in təqibindən azaddırlar və bu, «Kəpəz»də fikir dağınığlığı yaradıb.

Burada güc legionerlərdədir. Komandanın simasını onlar müəyyənləşdirir. Tərlan Əhmədov duyuq düşüb yəqin.

Əcnəbilərin əksəriyyəti gecə-günlüz menecerlərlə mesajlaşır, birbaşa və dolayısı ilə ayrı-ayrı klublarla danışıqlar aparır. Bir neçəsi artıq şifahi razılıq da verib.

Doğrudan da, «Kəpəz»in işi qarşıdakı həftələrdə çətin olacaq.

İlqar Nadiri orada-burada Tərlan Əhmədovun kölgəsini qılınclamağa ara verib, bu məsələyə diqqət ayırsın. İntriqa aparmağın, köhnə ədavəti çürütməyin yeri deyil.

Hara tələsir, hələ mövsüm başa çatmayıb ey! Çempionat yekunlaşar, üzbəüz oturub nə qaranlıq iş var, aydınlıq gətirərsiz. İstəyərsiz, yola davam edərsiz, istəməzsiz, «tamam» deyərsiz.

Belə yastı-yapalaq idarəçilik eləyirsiz ki, Gəncə azarkeşi sizdən narazıdır, gündə redaksiyamıza bir məktub yazıb, barənizdə sərt tənqidlər səsləndirirlər.

MUSA

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti