Rəhbər baş məşqçiyə ACIQLANDI – Bu açıqlamaya görə

1 May 2023 09:40 Kəpəz 1 209
Rəhbər baş məşqçiyə ACIQLANDI – Bu açıqlamaya görə

«Kəpəz»in İdarə Heyətinin sədri İlqar Nadiri ilə baş məşqçi Tərlan Əhmədov arasında münasibətlər yenidən gərginləşib.

Buna səbəb ikincinin mətbuata verdiyi açıqlamadır.

Belə ki, çalışdırıcı «mən komandada qalsam, Abdulla Şuaybu da burada qalacaq» ifadəsini işlədib.

Sədr Əhmədovun sözündən xoşlanmayıb və iradını dilə gətirib.

Baş məşqçiyə xatırladıb ki, nigeriyalı hücumçunun müqavilə müddəti 2 illikdir və o, icazə almadan, yaxud istənilən təzminat ödənilmədən heç yerə gedə bilməz.

Nadiri həmçinin qeyd edib ki, «Kəpəz»də istənilən məsələ ilə bağlı son söz ona məxsusdur.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 Avqust 18:10 Çək və bizə göndər!
17 Avqust 17:20 "Qarabağ"dan ŞOK XƏBƏR!