Premyer Liqanın 32-ci turu çərçivəsində nominal meydan sahibi “Kəpəz” Qəbələdə “Sumqayıt”ı qəbul edir.
Baş hakimin start fitindən əvvəl izləyicilər stadionda maraqlı səhnəyə şahidlik edib.
Belə ki, 2020-ci ildəki Qarabağ müharibəsi zamanı Gəncəyə atılan raket nəticəsində hər iki valideynini itirən azyaşlı Hüseyn Əliyev meydana dəvət olunub.
Klub rəhbərliyi ad gününü qeyd edən Hüseyni bu yolla sevindirmək qərarına gəlib.
“Kəpəz”in U-11 komandasının şərəfini qoruyan Əliyevə klubun hədiyyəsi təqdim olunub. Və səbəbkar üçün ən sevindirici hal – Hüseyn topa ilk zərbəni vurub.
Həmin anın görüntülərini təqdim edirik:
HƏBİB / SPORTİNFO.AZ

