“Qorxum yoxdur, “Sumqayıt”ı uda bilsək, məsələni böyük ölçüdə həll edəcəyik”

27 Aprel 2023 23:20 Kəpəz 930
“Qorxum yoxdur, “Sumqayıt”ı uda bilsək, məsələni böyük ölçüdə həll edəcəyik”

“Əsas rəqiblərimizdən olan “Səbail” və “Turan Tovuz”la görüşlərdəki qələbələr işimizi xeyli asanlaşdırdı”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Kəpəz”in yarımmüdafiəçisi Ahmed Ayzaya deyib.

Əməkdaşımızın “növbəti mövsümü düşünürsüz, yoxsa hələ də elitadan düşmək qorxusu var” sualını cavablandıran nigeriyalı legioner bildirib ki, vacib qələbələrlə turnir cədvəlinin “quyruğu”ndan uzaqlaşmağı bacarıblar.

Sitat: “Son sıralardaydıq, məşqçilər heyətinin və klub rəhbərliyinin dəstəyi sayəsində pis günləri geridə qoyduq.

Bu gün komandada əla ab-hava var. Motivasiya yüksək səviyyədədir. Elitadan düşmək qorxum yoxdur,

Premyer Liqada qalacağımıza inanıram. “Sumqayıt”ı uda bilsək, məsələni böyük ölçüdə həll etmiş olacağıq”.

Digər Xəbərlər
Xəbər Lenti
17 Avqust 18:10 Çək və bizə göndər!
17 Avqust 17:20 "Qarabağ"dan ŞOK XƏBƏR!