Gəncəlilərin sevimlisi MESAJ VERDİ: “...yayda başqa kluba keçərəm”

25 Aprel 2023 20:40 Kəpəz 1 552
Gəncəlilərin sevimlisi MESAJ VERDİ: “...yayda başqa kluba keçərəm”

“Kəpəz”in qış fasiləsindən sonra inamlı çıxış etməsində Ahmed Ayzayanın danılmaz əməyi var.

Orta sahədə komandanın yükünü çiyinlərində daşıyan 28 yaşlı nigeriyalı yarımmüdafiəçi qərb təmsilçisinin vacib fiqurlarından hesab olunur. Azarkeşlər əbəs yerə onu “komandanın ürəyi” adlandırmırlar.

Mövsüm sona yaxınlaşdıqca “Kəpəz”lə bağlı əsas suallardan biri Abdulla Şuaybu ilə Ahmed Ayzayanın komandada qalıb-qalmayacağıdır.

Əla mövsüm keçirən hər iki futbolçuya digər klubların da maraq göstərdiyini nəzərə alsaq, ümumi durumu şərh etməyə gərək yoxdur.

Ayzaya Sportinfo.az-a açıqlamasında “Kəpəz”də gələcəyi ilə bağlı danışıb:

“İndiki məqamda dəqiq cavab vermək çətindir. Hadisələrin gedişatı suala aydınlıq gətirəcək. Bu gün müqavilə ilə “Kəpəz”ə məxsusam və komandamın uğuru üçün meydanda əlimdən gələnin ən yaxşısını edirəm.

Mövsüm başa çatandan sonra növbəti ilin planları məlum olacaq. Həmin vaxt büdcənin necə olacağı də bilinəcək.

Rəhbərliklə danışacağıq. Başqa klublardan təkliflərin olması normaldır.

Bəzən azarkeşlər sosial şəbəkələrdə öz komandalarına səsləyirlər. Bu dəqiqə çempionata köklənmişəm.

Sonuncu oyuna qədər “Kəpəz”i düşünəcəyəm. Ondan sonra fikirləşib, vəziyyətə baxıb, qərar verəcəyəm.

Azərbaycan Premyer Liqasında oynamaq ürəyimcədir. Bəlkə çıxışımı “Kəpəz”də davam etdirərəm, bəlkə də yayda başqa kluba keçərəm. Yayı gözləyək (gülür)”.

Ahmed Ayzaya cari mövsümdə meydana çıxdığı 27 oyunda 4 qol vurub, 1 məhsuldar ötürmənin müəllifi olub.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti