Tərlan Əhmədov - Azərbaycanın ən xoşbəxti mənəm, mən!

22 Aprel 2023 20:40 Kəpəz 2 321
Tərlan Əhmədov - Azərbaycanın ən xoşbəxti mənəm, mən!

Bu gün Azərbaycanın ən xoşbəxt məşqçisi Tərlan Əhmədovdur.

Araz aşığından, Kür topuğundandır.

Artıq neçə turdur çalışdırdığı «Kəpəz» uduzmur. Gah qələbə qələbə qazanırlar, gah da 1 xal.

O. artıq qarşısına qoyulmuş vəzifəni yerinə yetirmiş görünür. «Kəpəz» Premyer Liqada mövqeyini qoruyub saxlayırsa, kim ona nə deyə bilər ki?!

İş işdir və burada hər günün, hər saatın, hər dəqiqənin öz hökmü var, ona uyğun manevr eləmək isə Tərlan Əhmədovun üstün cəhətidir.

Əyri oturaq, düz danışaq: Yaşar Vahabzadə vəzifədən alınmasaydı, nə olardı! «Kəpəz» artıq yox idi, darmadağın idi, məhv idi.

Tərlan Əhmədov gəldi və düzəltdi komandanı.

Abdulla Şuaybudan, Ahmed Ayzayadan, Elçin Əlicanovdan, Abdulla Rzayevdən danışır indi hamı.

Bu futbolçuların, eləcə də adını çəkmədiyimiz digərlərinin əksəriyyəti Vahabzadənin vaxtında komandada idi.

«Kəpəz» onda komanda deyildi, Tərlan Əhmədov onu komanda elədi.

Şamaxıda əldə olunan 1:1 özlüyündə çox şey deyir. Məsələn, deyir ki, «Kəpəz» mövsümün əvvəlindən belə oynasaydı, medallar uğrunda yarışardı.

Tərlan Əhmədovun qulağını dinc edən həm oyun, həm də nəticədir. O, futbolçuların fərdi keyfiyyətlərini açmaqla, quşu gözündən vurur. İkisi bir yerdə yaxşı alınır.

ELXAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti