Premyer Liqanın 30-cu turu qərb derbisinə səhnə oldu. «Kəpəz» Gəncə stadionunun meydançasında yaranan problemə görə ev oyununu Qəbələdə keçirdi. Amma bu da onların 3 xal qazanmasına əngəl yaratmadı. Abdulla Şuaybunun yeganə qolu «Turan Tovuz» üzərində qalibiyyəti təmin elədi.
«Kəpəz» bunun sayəsində xal ehtiyatını 28-ə çatdırdı və turnir cədvəlində qonşu rayonun təmsilçisi ilə aradakı fərqi 1-ə endirdi. Yedddinci sırada yer alan gəncəlilər artıq son pillədəki «Səbail»dən 7 xallıq məsafədədir və bu kifayət qədər ciddi hadisədir.
Premyer Liqada qalmaq vəzifəsinin öhdəsindən böyük ölçüdə gəlmiş «Kəpəz» derbidəki uğurlu nəticəni toy-bayram kimi qarşılayıb. Futbolçular avtobusda çal-çağır qurub, Ağadadaş Ağayevin ifa etdiyi mahnının sədaları altında rəqs edib.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

