Bu təyinat bir az da tez olsaydı…

16 Aprel 2023 09:50 Kəpəz 1 184
Bu təyinat bir az da tez olsaydı…

Premyer Liqanı tərk etməyəcək komandalardan biri «Kəpəz» olacaq.

Tərlan Əhmədov üzərinə götürdüyü məsuliyyətin altından alnıaçıq çıxacaq.

İşlər 7 ay öncə sükan arxasına keçmiş mütəxəssisin arzuladığı səmtdə getməkdədir.

Daha bir 3 xalı «Turan Tovuz»dan aldılar və tühlükəli zonada qərarlaşan əsas rəqiblərlə aranı açdılar.

Yaşar Vahabzadəni gec yola salmasaydılar, «Kəpəz» dördüncü-beşinci sıralar uğrunda yarışardı.

Tərlan Əhmədov ondan qat-qat güclü və bacarıqlı məşqçidir. Təəssüf ki, o, çox vaxt iş-gücünü atıb, dedi-qoduya diqqət ayırır, fikri hədəfdən yayınr.

Son vaxtlar görürük ki, ara sakitləşib, söz-söhbətlər azalıb. Belə olması «Kəpəz»i güclü edir.

Vahabzadənin transfer etdiyi, amma yararlanmağa bacarığının çatmadığı futbolçuları Əhmədov necə lazımdır, elə də oynadır.

Şuaybu, Ayzaya, Xvalko, Nəbiyev qardaşları, Kvirkviya, Kantariya…Ümumiyyətlə, hamısının adını çəkmək olar. Bir nəfəri misal çəkə bilmirsən ki, komanda yoldaşlarından geri qalır.

Bir müsbət cəhət də odur ki, Əhmədov rəqibər arasında seçim eləmir, birinə güclü, digərinə zəif gözüylə yanaşmır. O, «Kəpəz»ə öz futbolunu oynadır - hücuma bağlı baxımlı futbol. İzlədikcə adamın ruhu dincəlir.

MUSA

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti