Tərlan Əhmədovla bağlı problem - Onu boğaza yığan kimdir?

15 Aprel 2023 11:40 Kəpəz 1 837
Tərlan Əhmədovla bağlı problem  - Onu boğaza yığan kimdir?

Çempionatın bəzəyi hesab olunan “Kəpəz”lə “Turan Tovuz” arasında növbəti oyun həftəsonu baş tutacaq.

Qərb derbisində üz-üzə gələcək komandalar Gəncə şəhər stadionunda aparılan təmir işləri ilə əlaqədar Qəbələdə keçiriləcək.

Oyunun prinsipiallığı haqda uzun-uzadı danışmağa gərək yoxdur.

Eyni bölgədən olan iki komandanın əzəli və əbədi dueli xüsusi məqamdırsa, komandaların turnir cədvəlində qonşu olması qarşılaşmaya əlavə rəng qatır.

Və daha bir prinsipial fakt!

“Kəpəz” cari mövsümdə Tərlan Əhmədovun rəhbərliyi altında meydana çıxdığı oyunların heç birində Ayxan Abbasovun “Turan Tovuz”unu məğlub edə bilməyib.

Komandalar Premyer Liqada 3 dəfə üz-üzə gəlib.

6-cı tur “Turan Tovuz” – “Kəpəz” 2:0

14-cü tur “Kəpəz” – “Turan Tovuz” 0:0

22-ci tur “Turan Tovuz” – “Kəpəz” 2:0

Qərb təmsilçilərinin yolu ölkə kubokunda da kəsişib. 1/4 final mərhələsində baş tutan iki oyunun ümumi nəticəsinə görə Tovuz təmsilçisi yarımfinala adlayıb.

“Kəpəz” – “Turan Tovuz” 1:2

“Turan Tovuz” – “Kəpəz” 2:2

Göründüyü kimi, çempionatdakı görüşlərin 2-də “Turan Tovuz” qələbə qazanıb, 1 matç bərabərliklə başa çatıb.

Və daha bir maraqlı fakt, gəncəlilərin cari Premyer Liqa mövsümündə tovuzluların qapısına yol tapa bilməməsidir.

Ölkə kubokunda kifayət qədər maraqlı alınan oyunlarda isə gülən tərəf yenə Tovuz təmsilçisi olmuşdu.

Bu isə o deməkdir ki, cari mövsümdəki prinsipial matçların heç birində “Kəpəz” “Turan Tovuz”u uda bilməyib.

Azərbaycan millisinə namizəd göstərilən iki məşqçi – Tərlan Əhmədovla Ayxan Abbasovun duellərində isə Abbasov yaşca özündən 10 yaş böyük həmkarını 3 qələbə və 2 heç-heçə ilə üstələyir.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti