Premyer Liqada 30-cu turun ən prinsipial qarşılaşması Qəbələdə baş tutacaq.
Milli çempionatlar tarixinin ən maraqlı dellərindən biri – “Kəpəz” – “Turan” oyunu bu şəhərdə keçiriləcək.
Gəncədəki stadionun qazonu yararsız vəziyyətdə olduğundan, razılaşmaya əsasən matçın Qəbələdə oynanılması məqsədəuyğun sayılıb.
Buna etiraz edənlər isə tam təbii olaraq hər iki komandanın azarkeşləridir. Qəbələ məsafədən baxımından Gəncəylə Tovuzdan uzaqdır deyə, ora gedib-qayıtmaq ayrı dərddir.
Lakin tribunalarda hər iki bölgədən azarkeşlərə rast gəlmək mümkün olacaq. Gəncə mənbəmizdən əldə etdiyimiz məlumata görə, oyun günü 50-60 nəfərlik avtobus şəhərdən Qəbələyə hərəkətə başlayacaq.
Bəzi azarkeşlərin şəxsi minik vasitələrindən istifadə edəcəyini nəzərə alsaq, qərb derbisində nominal meydan sahiblərini 80-100 arası azarkeşin dəstəkləyəcəyini ehtimal etmək olar.
Maraq üçün bildirək ki, oyun günü “Turan Tovuz”u qələbə səsləyəcək tərəfdarlarının sayının 100-dən çox olacağı deyilir.
Aprelin 15-da baş tutacaq oyun 16:00-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ

