“Bugünkü vəziyyət belədirsə, oynamalıyıq”

13 Aprel 2023 21:20 Kəpəz 747
“Bugünkü vəziyyət belədirsə, oynamalıyıq”

“Əlbəttə, belə meydanda həm bizim, həm də rəqib üçün oynamaq çətin olur”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Kəpəz”in müdafiəçisi Elçin Əlicanov deyib.

Gəncə şəhər stadionundakı meydanın vəziyyəti acınacaqlıdır. 90-cı illəri xatırladan həmin görüntü bir anda gündəm oldu.

Bu səbəbdən “Kəpəz” növbəti ev oyununu Gəncədə keçirməyəcək.

Ot örtüyünün vəziyyəti Premyer Liqasının oyunlarını qəbul etmək üçün yararlı olmaması ilə əlaqədar Peşəkar Futbol Liqası “Kəpəz”in müraciət və təsdiq məktubunu nəzərə alaraq, aprel ayının əvvəlcədən açıqlanan təqvimində dəyişikliklər edib.

Qərblilər “Turan Tovuz” və “Sumqayıt”la ev qarşılaşmalarını Qəbələ şəhər stadionunda oynayacaq.

Renovasiya işlərinə Peşəkar Futbol Liqası tərəfindən baxış keçirildikdən sonra “Kəpəz”in 33-cü turdan sonrakı ev oyunlarının Gəncədə keçirib-keçirməyəcəyinə yekun qərar veriləcək.

Əlicanovun fikrincə, belə şəraitdə oynamaq olduqca çətindir:

“Bugünkü vəziyyət belədirsə, oynamalıyıq. Mübarizəni davam etdirməliyik. İnşallah, ən qısa zamanda problem aradan qaldırılar".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti