Abdulla Rzayev – “Kəpəz”in parlamaqda olan gənc siması.
“Sabah”a məxsus olan futbolçu bu ilin əvvəlindən Gəncə təmsilçisinə icarəyə verilib.
Mövsümün birinci yarısını “Şamaxı”da keçirən 21 yaşlı futbolçu orada özünü göstərməyi bacarmamışdı.
Təbii ki, bunda cəmi 72 dəqiqə oynaması da az rol oynamayıb.
Amma “Kəpəz”də hər şey onun üçün tam fərqli istiqamətdə inkişaf edir.
Tərlan Əhmədovun ilk gündən əsas heyət üzvü kimi güvəndiyi cinah müdafiəçisi oyunu ilə onun etimadını artıqlaması ilə doğrulda bilir.
Artıq gənclər millimizin də əsas heyətinə çevirlən Abdulla bu dəfə “Qarabağ”la oyunda diqqətləri üzərinə çəkə bilib.
Söhbət Premyer Liqanın sonuncu turunun görüşündən gedir.
“Kəpəz”in 1:3 məğlub olduğu oyunda arxa xətt oyunçusu çox parlaq futbolla yadda qalıb.
Güclü rəqibi önündə həm kritik müdaxilələri ilə müdafiəyə kömək edib, həm də texnikasını işə salaraq komandasının bir neçə təhlükəli hücumunun qurulmasında önəmli rol alıb.
Elimizin yaxşı sözü var – 100 dəfə eşidincə, bir dəfə görmək yaxşıdır.
XANOĞLAN / SPORTİNFO.AZ
Görmək üçün isə aşağıdaki linkə girməyiniz lazımdır:

