Gəncə şəhər stadionu ilə bağlı verilən qərar şəhərin futbolsevərlərini ayağa qaldırıb.
Qərbin paytaxtındakı bir nömrəli idman qurğusunun qazonu təmamilə sıradan çıxdığından, Peşəkar Futbol Liqası “Kəpəz”in “Turan Tovuz” və “Sumqayıt”la ev oyunlarının Qəbələdə keçirilməsinə dair müraciətinə isti yanaşıb.
Məhz bu qərardan sonra gəncəli fanatlar etiraz səsini ucaltmağa başlayıb. Klubun sosial şəbəkə hesablarında məlum stadion dəyişikliyi ilə bağlı qərara yazılan şərhlərdə təhqirlərə yol verilsə də, etik çərçivəni aşmayanlar da var:
“Yenə “Kəpəz”i Gəncədən uzaqlaşdırıb liqadan çıxarmaq istəyir bu şərəfsiz yığını”.
“Hanı klubun prezidenti? Niyə belə məktub yazıb? Çıxsın, açıqlama versin”.
“Bununla da “Kəpəz” Birinci Diviziona yola salınır”.
“İmkan verməyin bölgə klubları liqada qalsın”.
“Stadiona uydurma qadağa qoydular, gördülər alınmır. Hakimlər vasitəsilə oyunlar çevirdilər, gördülər alınmır. Azarkeşlərlə baş məşqçi arasında nifaq salmağa çalışdılar, gördülər bu da alınmır. Bu da AFFA ilə PFL-in “Kəpəz”i liqadan salmaq üçün sonuncu gedişidir”.
“Əlinizə əla fürsət düşüb, vaxtında istifadə edin. Uduzdurun bu yiyəsiz komandanı. “Dinamo”nun idman bazasını ticarət mərkəzinə çevirmişiksə, yaxşı olar ki, şəhər stadionunu da yarmarkaya çevirək”.
“Futbolu oyuncaq eləmisiz. Meydança o hala düşənə kimi cavabdeh şəxslər hara baxırdı?”
“Ayıb olsun Gəncə futbolunu bu günə salanlara”.
“Utanın! Ölkənin ikinci böyük şəhərinin bir nömrəli stadionunun qazonunu qoruya bilmədiz”.
HƏBİB / SPORTİNFO.AZ

