İndi yalnız “Qarabağ”ın adını çəkmirlər... Onlar da var!

11 Aprel 2023 16:40 Kəpəz 3 135
İndi yalnız “Qarabağ”ın adını çəkmirlər... Onlar da var!

Bu gün çıxaq futbol ictimaiyyəti arasına, azarkeşlərlə sorğu keçirək, sual verək ki, Premyer Liqanın ən yaxşı futbol sərgiləyən komandaları hansıdır, əminəm, əksəriyyət yalnız «Qarabağ»ın adını çəkməyəcək.

Onunla yanaşı, «Kəpəz»i qeyd edəcəklər.

Bu, boş deyil, böyük işdir. Tərlan Əhmədov çempionata rəng qatan komanda yaradıb.

Məşqçinin işini bazarda, küçədə, nə bilim, su qovşağında axtarmamalıyıq, onu meydanda görməliyik və görürük.

«Qarabağ»ın cari mövsümdə çətin oyunları az olmayıb. «Sabah»la qarşılaşmaları xatırlasaq, kifayətdir.

Gedək Qurban Qurbanovdan maraqlanaq, bu komandanın adını birinci çəkməyəcək. «Kəpəz»lə Suraxanıdakı mücadiləni o, hələ uzun müddət unutmayacaq.

Gəncəlilər güclü rəqibinə ona layiqli şəkildə müqavimət göstərdi. Abdullah Şuaybu, Ahmed Ayzaya, Yeqor Xvalko və Elçin Əlicanovun mübarizəsi göz oxşadı.

Çempionatın liderindən qətiyyən çəkinməyən, qol vurmaq üçün irəli atılan, bir neçə təhlükəli epizod yaradan «Kəpəz»dən şəxsən mənim gözləntilərim indi daha çoxdur.

Düşünürəm ki, Tərlan Əhmədov özü barədə formalaşan müsbət fikirlərdən bihuş olub «göylə getməyəcək»,

başını aşağı salıb işini davam etdirəcək, ətrafdakı insanlarla qalmaqallara girməyəcək.

Artıq həmin periodla birdəfəlik vidalaşmalı, düz yolla getməli, adının saçma-sapan işlərdə hallanmasına imkan verməməlidir.

MUSA

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti