Qərb derbisi: Gəncəlilər BU XƏBƏRİ mütləq oxusun!

14 Aprel 2023 22:20 Kəpəz 1 119
Qərb derbisi: Gəncəlilər BU XƏBƏRİ mütləq oxusun!

Turun ən prinsipial qarşılaşması Qəbələdə baş tutacaq.

Milli çempionatlar tarixinin ən maraqlı dellərindən biri – “Kəpəz” – “Turan” oyunu bu şəhərdə keçiriləcək.

Gəncədəki stadionun qazonu yararsız vəziyyətdə olduğundan, razılaşmaya əsasən matçın Qəbələdə oynanılması məqsədəuyğun sayılıb.

Buna etiraz edənlər isə tam təbii olaraq hər iki komandanın azarkeşləridir. Qəbələ məsafədən baxımından Gəncəylə Tovuzdan uzaqdır deyə, ora gedib-qayıtmaq ayrı dərddir.

Tovuzlu fanatların narahatlığına gərək yoxdur. Belə ki, klub rəhbərliyi çoxsaylı müraciətləri nəzərə alaraq, təxminən 100 azarkeşin Tovuzdan Qəbələyə və əks marşrutla hərəkət etməsinə köməklik göstərəcəyini bildirib.

Bakıdan və Qəbələyə yaxın ərazilərdən də qərb derbisini izləmək üçün gələnləri nəzərə alsaq, şənbə günü “Turan Tovuz”u təxminən 100-150 azarkeş qələbəyə səsləyəcək.

Aprelin 15-da baş tutacaq oyun 16:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti