Kapitan "Qarabağ"la görüşdə forma geyinməyəcək

9 Aprel 2023 09:00 Kəpəz 1 137
Kapitan "Qarabağ"la görüşdə forma geyinməyəcək

Premyer Liqanın 29-cu turunda "Qarabağ"la qarşılaşacaq "Kəpəz" matça itki ilə çıxacaq.

Sportinfo.az xəbər verir ki, Gəncə klubunun kapitanı Yusif Nəbiyev bu oyunda iştirak edə bilməyəcək.

Səbəb isə müdafiəçinin kart cəzalısı olmasıdır. O, "Səbail"lə matçda sarı vərəqə alaraq cəzalı duruma düşmüşdü.

“Qarabağ” – “Kəpəz” görüşü aprelin 9-da “Azərsun Arena”da 18:30-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
17 Avqust 18:10 Çək və bizə göndər!
17 Avqust 17:20 "Qarabağ"dan ŞOK XƏBƏR!