“Kəpəz” oyundan sonra baxımlı “qol vurdu” - FOTO

8 Aprel 2023 20:40 Kəpəz 3 344
“Kəpəz” oyundan sonra baxımlı “qol vurdu” - FOTO

“Kəpəz”də üzlər gülür.

Gəncə təmsilçisi ötən həftəsonu Premyer Liqadakı yeri qorumaq baxımından nəticəsi böyük önəm daşıyan oyunda “Səbail”i məğlub etməyi bacardı – 1:0.

Matçdan bir neçə gün sonra isə maaş intizarına son qoyuldu. Klub və komanda üzvləri fevralın məvacibinə qovuşdu.

Düşərgədə əhval-ruhiyyənin yaxşı olması qərb təmsilçisinin SMM qrupunun işindən də məlum olur. “Kəpəz”in sosial media səhifələrindəki aktivlik göz oxşayır.

Əməkdaşlar bu dəfə “Səbail”ə atmaca atmağı məqsədəuyğun sayıb.

Belə ki, Bayıl təmsilçisi ilə oyundan sonra matçdakı yeganə qolun müəllifi Abdullahi Şuaybunun qayıqda ayaqüstə dayandığı kollaj fotosu səhifələrdə yerləşdirilib.

Şəkilə qoyulan başlıq isə hakimin final fitindən sonra “Səbail”in qapısına vurulan ikinci top effektini verib:

“Xəzərdə suyun səviyyəsi aşağı düşür”.

Maraq üçün bildirək ki, “Səbail” ASCO (“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC) tərəfindən maliyyələşir və klubun ləqəbi “dənizçilər”dir.

“Kəpəz”lilərin qayığı və Xəzər dənizini işarə verməsi də buna hesablanıb.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti