Gəncəli azarkeşləri sevindirəcək xəbər var.
Aprelin 9-da “Kəpəz” səfərdə “Qarabağ”ın qonağı olacaq. Premyer Liqanın 29-cu turuna təsadüf edəcək qarşılaşma “Azərsun Arena”da baş tutacaq.
Bu isə o deməkdir ki, oyun bazar gününə təsadüf etməsinə baxmayaraq, Gəncədən heç də hamı Bakıya gedə bilməyəcək.
Maliyyə sıxıntısı, yol uzaqlığı, bir gün sonra iş günü olması və sair.
Paytaxtın yolunu tuta bilməyənlər “Gənclik Mall”a baş çəkməlidir. Çünki həmin gün alış-veriş mərkəzində yerləşən “Cinema Plus”da “Qarabağ” – “Kəpəz” dueli iri həcmli ekranda canlı yayımlanacaq.
İlk dəfə həyata keçirilən bu layihə Gəncədə böyük həvəslə qarşılanıb. Oyuna “Cinema Plus”da baxmaq istəyənlər 4 manatından keçməlidir.
Aprelin 9-da keçiriləcək “Qarabağ” – “Kəpəz” qarşılaşması saat 18:30-da start götürəcək.
HƏBİB / SPORTİNFO.AZ

