"Kəpəz" yenidən köçə hazırlaşır? - GÜNDƏM

6 Aprel 2023 17:40 Kəpəz 1 363
"Kəpəz" yenidən köçə hazırlaşır? - GÜNDƏM

Xəbər verdiyimiz kimi, aprelin 10-u Peşəkar Futbol Liqasının (PFL) rəsmiləri Gəncə şəhər stadionun ot örtüyünə baxış keçirəcək.

Qərb təmsilçisi həmin tarixdən 5 gün sonra bu arenada "Turan Tovuz"u qəbul etməlidir.

PFL-in Gəncə səfərində məqsədi də "Səbail"lə son oyunda (1:0) yararsız hala düşən meydançanın örtüyünün durumunu yerində təftiş etməkdir. Əgər müsbət rəy olmasa budəfəki qərb derbisi başqa arenada keçirilməli olacaq.

Maraqlıdır, belədə "Kəpəz" rəhbərliyi alternativ variant kimi hansısa arenanı gözdən keçirirmi?

Klubdan redaksiyamıza bildirilib ki, hazırda bu haqqda düşünmürük.

Bütün güc səfərbər olunub ki, ot örtüyü təşkilatçıları razı salacaq səviyyəyə çatdırılsın.

Məqsəd növbəti ev oyunlarının da Gəncədə keçirilməsidir.

Mövsümün əvvəli bölgə klubu bir müddət ev oyunlarını Bakıda yerləşən "Dalğa arena"da və Qəbələ çəhər stadionunda keçirib.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti