Nazirlik problemə reaksiya verdi: ”Bu məsələlər klubun öhdəliyindədir”

6 Aprel 2023 00:30 Kəpəz 503
Nazirlik problemə reaksiya verdi: ”Bu məsələlər klubun öhdəliyindədir”

“Kəpəz”in ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionunun ot örtüyündə yaranmış problemlə bağlı Gənclər və İdman Nazirliyi açıqlama yayıb.

Sportinfo.az xəbər verir ki, nazirlik stadionun onlara məxsus olduğunu, lakin “Kəpəz”in istifadəsinə verildiyi üçün ot örtüyünə onların baxmalı olduğunu bildirib:

“Gəncə şəhər stadionu, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin balansında olsa da “Kəpəz”in istifadəsinə verilib.

Buna görə də stadiona xidmət məsələləri, o cümlədən də öt örtüyünün saxlanması və qulluq məsələləri klubun öhdəliyindədir”.

“Kəpəz”in Premyer Liqanın 28-ci turunda “Səbail”ə qarşı keçirdiyi oyundan sonra stadionun ot örtüyünün durumu böyük müzakirələrə səbəb olmuşdu. Hətta qonaq komanda durumdan aşikayət etmişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti