“Bu oyunu udan 3 yox, 6 xal qazanacaqdı.
Yəni o dərəcədə vacib qarşılaşma idi”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Səbail”lə oyun barədə danışan “Kəpəz”in futbolçusu Elçin Əlicanov deyib.
Bayıl təmsilçisi qalib gəlsəydi sonuncu pillədən qurtulacaq və elitada qalmaq şansını xeyli yaxşılaşdıracaqdı. Gəncəlilərin qonaqların sevinməsinə imkan vermədən hava-su kimi lazım olan qalibiyyəti əldə etdi.
Elçin qalibiyyətdə həlledici məqamın nə olduğunu gizlətməyib:
“Bu dəfə də azarkeşlərimizdən həmişə aldığımız dəstəyi gördük. Hər birinə təşəkkür etmək istəyirəm.
Başlıca amil kimi gücümüzə güvənməyi deyərdim. Psixoloji cəhətdən görüşə hazır idik.
İnanırdıq ki, məşqçilər heyətinin verdiyi tapşırığa əməl etsək, qalib gələcəyik. Penaltini boşa verməyimizə baxmayaraq, oyundan qopmadıq, davam etdik və qələbə topunu vurduq”.
“Kəpəz” “Səbail”i 1:0 hesabı ilə məğlub etməklə xalların sayını 25-ə çatdırıb və 6-cı pillədəki “Turan”la xal fərqi 3-ə enib.
HƏBİB

