XƏBƏRDARLIQ: "Bu cür meydanda oyun keçirmək maraqlarımıza xidmət etmir"

6 Aprel 2023 11:40 Kəpəz 1 106
XƏBƏRDARLIQ: "Bu cür meydanda oyun keçirmək maraqlarımıza xidmət etmir"

Son günlər futbol ictimaiyyətinin gündəmini zəbt etən əsas mövzu Gəncə şəhər stadionunun son vəziyyətidir.

“Kəpəz”in “Səbail” üzərində qələbə qazandığı (1:0) matçda ot örtüyünün acınacaqlı vəziyyəti hamını narahat etdi.

Təbii ki, yaranmış mənzərə haqqlı olaraq ortaya suallar çıxartmış oldu.

Görəsən, "Kəpəz"in növbəti ev oyunlarını Gəncədə keçirməməsi mümkündürmü? Ümumiyyətlə məsələ ilə bağlı Peşəkar Futbol Liqasının klubla hər hansı təması olubmu?

Sorğumuza cavab olaraq Sportinfo.az-a açıqlamasında Peşəkar Futbol Liqasının Texniki İdman Şöbəsinin rəhbəri Elgiz Abbasov bunları deyb.

“Bildiyiniz kimi, hələ mövsümdən öncə Gəncə şəhər stadionunun ümumi durumu müzakirə mövzusu idi.

Həmin vaxt daha çox əsas və yardımçı otaqlarla bağlı problemlər vardı, ot örtüyü isə yaxşı vəziyyətdə idi.

Bu gün ot örtüyü ilə bağlı problem meydana gəlib. Məsələ ilə bağlı hələ “Zirə” ilə oyundan öncə klub rəhbərliyi ilə danışmışıq və onlara vəziyyəti nəzarətə götürməyin vacib olduğunu bildirmişik.

Bu faktdır ki, son oyunda problem daha da dərinləşmişdi. Əlbəttə ki, klub rəhbərliyi ilə danışdıq.

Narazılığımızı dilə gətirdik və bu cür meydanda oyun keçirməyin Peşəkar Futbol Liqasının maraqlarına xidmət etmədiyini vurğuladıq.

Bizə bildirildi ki, hazırda stadionun qazonunda renovasiya işlərinə başlanılıb, yeni toxum səpilib. Amma bunun bəhrəsini 15 apreldə nəzərdə tutulan oyunda tam görə bilməyəcəyik, qismən yaxşılaşacağını bildirdilər.

Oyundan 5 gün öncə, yəni 10 apreldə stadiona vizual baxış keçirəcəyik. Bundan sonra aprel ayının tam təqviminin açıqlanmasına baxmayaraq,

Əsasnaməyə uyğun olaraq Peşəkar Futbol Liqası idman prinsiplərini əsas götürərək müvafiq addımlar ata bilər”.

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti