"Kəpəz" Premyer Liqanın 28-ci turunda "Səbail"i minimal hesabla (1:0) məğlub etməyi bacardı.
Amma fanatlar bilmədi qızıla bərabər qələbini qeyd etsin, yoxsa arenanın ot örtüyünün düşdüyü acınacaqlı durumun dərdini çəksin.
Yararsız hala düşən meydan faktiki Premyer Liqa matçını keçirməyə hazır deyil.
Ot örtüyünün bu hala düşməsinə isə müxtəlif səbəblər göstərilir.
Yeni iddia ilə isə bir qrup yerli fanatlar çıxış edib.
Belə ki, redaksiyamızla əlaqə saxlayan tərəfdarlar şok iddia səsləndiriblər.
Onlar başverənləri məqsədli şəkildə "Kəpəz"ə qarşı qurulan məkirli plan adlandırıblar:
"İmişli şəhər stadionun ot örtüyün bizə çəkib göndəriblər. Gəncə şəhər stadionunda olan ot örtüyün də hamı gördü. Aradakı fərq bilirsiz nəyə görədi?
Gördülər "Kəpəz" uğurlu çıxış edir, Tərlan Əhmədov nəticə verir. Düşündülər ki, nə etmək olar? Ağıllarına ota xəstəlik salmaq düşdü. Qəsdən 25 dərəcə istidə otun üstünü palatka ilə bağlayırdılar.
Bir ay əvvəl meydança ideal vəziyyədə idi. Bəs indi nə oldu? Bir aya ot örtüyü bu günə düşə bilməz. Məqsəd "Kəpəz"i yenidən doğma şəhərdən didərgin salmaqdır".
XANOĞLAN / SPORTİNFO.AZ

