Gəncə publikasının gözlədiyi o möhtəşəm an - VİDEO

3 Aprel 2023 20:00 Kəpəz 1 140
Gəncə publikasının gözlədiyi o möhtəşəm an - VİDEO

“Kəpəz” “Səbail” üzərində qazandığı önəmli qələbə ilə turnir cədvəlindəki vəziyyətini xeyli yaxşılaşdırdı.

Çempionatda qalmaq tapşırığını böyük ölçüdə həll edən gəncəlilərin məmnunluğu anlaşılan idi.

Hakimin final fitindən sonra meydandakı məşqçi və futbolçuların, tribunadakı azarkeşlərin sevincini görməyə dəyərdi. Sanki “Kəpəz” ölkə kubokunu Gəncəyə gətirmişdi. Ya da sevimli komandaları avrokuboklara vəsiqə qazanıb.

Bir müddət öncəyə kimi “Kəpəz”in daxilində baş qaldıran söhbətlər publikada Premyer Liqanın növbəti mövsümü ilə bağlı şübhələr yaratmışdı. Əksəriyyət “sarı-qaralar”ın elitanı tərk edəcəyini düşünürdü.

Bir də, “Kəpəz” hər imkanda Gəncədə qələbə qazanmır axı.

Çempionatda ötən il sonuncu ev qalibiyyətini 12-ci turda “Səbail” üzərində əldə edən qərb təmsilçisi, qış fasiləsindən sonra doğma azarkeşləri önündə yalnız “Şamaxı”nı məğlub etməyi bacarıb – 3:2.

Odur ki, bu qələbə gəncəlilər üçün ikiqat bayram idi.

HƏBİB / SPORTİNFO.AZ

Hakimin final fitindən sonraya təsadüf edən həmin mənzərəni təqdim edirik:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti