
Azərbaycan Premyer Liqasının 23-cü turunun "Qəbələ" - "Sumqayıt" arasında baş tutan görüşündə qalmaqal yaşanıb.
Belə ki, meydan sahiblərinin qələbəsi ilə başa çatan (2:1) matçın final fitindən sonra yerli tərəfdarlar "kimyaçılar"ın yarımmüdafiəçisi Vüsal İsgəndərliyə atmacalar atıb.
"10 nömrə" fanatlara reaksiya vermədən paltardəyişmə otağına yollanıb.
Əvəzində qonaqların mühafizə xidmətinin rəhbəri Elnur İbişov "qırmızı qaralar"ın fanatlarına reaksiya verib.
Bir müddət davam edən qarşılıqlıq söz atışması asayışı qoruyan polislərin araya girməsi ilə sona çatıb.
Həmin anın kadrların sizə təqdim edirik:
XANOĞLAN/ SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: