Tərlan Əhmədovu istefaya səsləyən də oldu, əksini istəyən də - “KƏPƏZ” “PARÇALANDI”

17 Fevral 2023 16:50 Kəpəz 1 153
Tərlan Əhmədovu istefaya səsləyən də oldu, əksini istəyən də - “KƏPƏZ” “PARÇALANDI”

Premyer Liqanın 23-cü turunun "Şamaxı"nı qəbul edən “Kəpəz” rəqibinə 3:2 qalib gəlib.

Sportinfo.az xəbər verir ki, "Kəpəz"in qalib gəlməsinə baxmayaraq, oyunun gedişində tribunadakı azarkeşlər arasında fikir ayrılığı yaranıb.

Belə ki, matçın gedişində "Kəpəz" azarkeşləri arasında Tərlan Əhmədovu istefaya səsləyənlər də olub, ona dəstək nümayiş etdirənlər də.

Ötən tur "Turan Tovuz" - "Kəpəz" matçında Gəncə klubunun azarkeşləri Tərlan Əhmədovu istefaya səsləmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
17 Avqust 18:10 Çək və bizə göndər!
17 Avqust 17:20 "Qarabağ"dan ŞOK XƏBƏR!