Baş məşqçidən tələb etdilər – Minimum 4  xal toplamasan…

17 Fevral 2023 11:40 Kəpəz 862
Baş məşqçidən tələb etdilər – Minimum 4  xal toplamasan…

Bu gün Azərbaycan Premyer Liqasında XXIII tura start veriləcək. İlk oyun günündə bir qarşılaşma keçiriləcək.

14 xalla sonuncu pillədə qərarlaşan "Kəpəz" 16 xalla 8-ci sırada yer alan "Şamaxı"nı qəbul edəcək.

Komandalar indiyədək ölkə çempionatında 32 dəfə üz-üzə gəliblər. Bunların 7-də Gəncə təmsilçisi, 17-də Şamaxı klubu qələbə qazanıb. 8 görüş heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də "sarı-göylər" rəqibindən geri qalır - 31:54.

Budəfəki qarşılaşma hər iki tərəf üçün həmişəkindən əhəmiyyətlidir. Hər iki komandanın baş məşqçinin iş yerini itirmək təhlükəsi var və bu, «Kəpəz» cəbhəsində daha ciddi gərginlik yaradıb.

Klubun İdarə Heyətinin sədri İlqar Nadiri Tərlan Əhmədovun qarşısına konkret vəzifə qoyub. «Sarı-göylər» qarşıdakı iki turda minimum 4 xal toplamalıdır.

Gəncəlilər evdə «Şamaxı»ya qalib gəlib, Sumqayıt səfərindən, heç olmasa, 1 xal gətirməsə, şəhər günü Əhmədovun istefası xəbəriylə açacaq.

İlqar Nadiri altdan-altdan işini ehtiyatlı tutur. Ona yaxın menecerlər hazırda boşda olan bir neçə məşqçiylə əlaqə saxlayır, çalışırlar ki, B variantını əldə hazır tutsunlar.

«Kəpəz» bu mövsüm artıq bir dəfə dəyişikliyə gedib. Dörd illik fasilədən sonra Premyer Liqaya qayıtmış qərb təmsilçisi Yaşar Vahabzadə ilə yolları ayırıb.

Həmçinin «Sumqayıt» və «Səbail» belə bir addım atıb. Aleksey Baqa ilə Mahmud Qurbanov göndərilib, Samir Abasovla Şahin Diniyev görəvə gətirilib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti