«Kəpəz»in baş məşqçisi Tərlan Əhmədov klubun rəhbər və işçi heyətini suçlayıb.
O, İdarə Heyətinin sədri İlqar Nadirin iştirakıyla keçirilən toplantıda bu barədə sərt fikirlər fikirlər dilə gətirib.
Altı ay öncə Yaşar Vahabzadənin yerinə görəvə gətirilmiş mütəxəssis bildirib ki, komandanın Premyer Liqanın son 10 turunda uğursuz çıxış etməsi kənar təsirlərdən qaynaqlanır:
«Mənə mane olursuz. İşləməyə imkan vermirsiz.
Burada nə qədər adam var ki, mətbuata xəbər ötürür. Nəsə olan kimi saytlarda çıxır.
Məşq vaxt stadiona gəlib replika atırlar. Futbolçular bilmir mənə qulaq assın, yoxsa onlara. Belə vəziyyətdə nəticə qazanmaq olar?».
SPORTİNFO.AZ

