“Qarabağ”a badalaq vurdular, gözləri 500 manatda qaldı

13 Fevral 2023 20:40 Kəpəz 1 374
“Qarabağ”a badalaq vurdular, gözləri 500 manatda qaldı

“Kəpəz” Premyer Liqanın 21-ci turunda “Qarabağ”dan xal almaqla futbol ictimaiyyətini təəccübləndirdi.

Gəncə şəhər stadionunun qazonunun yararsız vəziyyətdə olması 1:1-də başlıca rol oynadısa, 90 dəqiqə mübarizə aparan meydan sahiblərinin əzmkarlığı da mütləq qeyd olunmalıdır.

Ölkə çempionu və son ölkə kubokunun sahibi ilə bərabərə qalan komandanın üzvlərinin oyundan sonra klub rəhbərliyinin səxavətinə bel bağlaması anlaşılandır.

Bu cür nəticədən sonra təbii ki, məşqçi və futbolçu heyətinə mükafat paylanmalıdır.

Komandanın içindən əldə etdiyimiz bilgiyə görə, klubun İdarə Heyətinin sədri İlqar Nadiri əsas heyətdə meydana çıxanların hər birinə 500 manat verəcək.

Sonradan meydana çıxanlar və ehtiyatda qalanların “premiyası” isə nisbətən az olur.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti