SON DƏQİQƏ: “Kəpəz”də iclas keçirildi, Tərlan Əhmədovun taleyinə aydınlıq gəldi

13 Fevral 2023 16:00 Kəpəz 2 069
SON DƏQİQƏ: “Kəpəz”də iclas keçirildi, Tərlan Əhmədovun taleyinə aydınlıq gəldi

“Kəpəz”də gözlənilən iclas baş tutub.

Klub rəsmiləri bir neçə saat öncə stadionda bir araya gəlib.

Görüşdə klubun İdarə Heyətinin sədri İlqar Nadiri, əsas komandanın baş məşqçisi Tərlan Əhmədov, “Kəpəz-2”nin çalışdırıcısı Xaliq Mərdanov, əlaqələndirici İlham Səmədov, təhlükəsizlik xidmətinin rəhbəri Elmar Əliyev və digər rəsmilər iştirak edib.

İclasda fikir ayrılığı yaşanıb. Bir qrup şəxs Əhmədovun “Kəpəz”dəki fəaliyyətindən və davranışlarından aşkar narazılığını bildirsə də, gəncəlilərin arasında baş məşqçiyə dəstək verənlər də tapılıb.

Tərlan Əhmədov indiki məqamda istefa vermək fikrində olmadığını deyərək, “Kəpəz”i elitada saxlamaq tapşırığının öhdəsindən gələcəyini əminliklə söyləyib.

Həmçinin “Şamaxı” və “Sumqayıt”la qarşılaşmalarda komandasının uğurlu nəticələrə imza atacağına söz verib.

Stadiondakı görüş başa çatandan dərhal sonra “Kəpəz” rəsmiləri Gəncə şəhər İcra Hakimiyyətinə yollanıb.

İcra başçısı ilə görüşdə klubda və klubun ətrafında yaşananlar, eləcə də “Kəpəz”in maliyyə sarıdan əziyyət çəkməsi baxımından Niyazi Bayramova məlumat veriləcəyi ehtimal olunur.

Bilinən odur ki, Tərlan Əhmədov Gəncə təmsilçisindəki işini davam etdirəcək.

HƏBİB SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti