“Kəpəz”in nigeriyalı hücumçusu Abdullah Şuaybunun yeni mövsümə burada başlamayacağı dəqiqləşib.
Premyer Liqada keçirdiyi debüt mövsümündə 7 qola imza atan afrikalı legioner hazırda iki klubla danışıqlar aparır.
Gəncə təmsilçisində aylıq qazancı 2000 dollardan da az olan forvard “Səbail“ və “Neftçi”nin transfer siyahısında yer alıb.
Xüsusən “dənizçilər”in baş məşqçisi Şahin Diniyev gəncəli azarkeşlərin sevimlisini paytaxta gətirməyə israrlıdır.
SPORTİNFO.AZ

