Tərlan Əhmədovun sözləri bu adamı QƏZƏBLƏNDİRDİ!

13 Fevral 2023 09:40 Kəpəz 908
Tərlan Əhmədovun sözləri bu adamı QƏZƏBLƏNDİRDİ!

Tərlan Əhmədovun "Turan Tovuz"la oyundan (0:2) sonra verdiyi açıqlama gündə bomba kimi düşdü.

Gəncə təmsilçisinin baş məşqçisi yerli publikadan gileylənib, rəhbərliyi onun arxasında durmamaqda qınayıb.

Onun bu açıqlaması "Kəpəz" azarkeşləri kimi rəhbərliyin də qəzəbinə səbəb olub.

Xüsusi ilə İsgəndər Cavadov bərk əsəbləşib.

Əhmədovun "Kəpəz"in baş məşqçisi olmasında İdarə Heyətinin üzvünün xüsusi xidmətləri olub.

İsgəndər bəy bunun fonunda çalışdırıcının heç kimi fərqləndirmədən mətbuat konfransında hamını asıb-kəsməsinə maat-məttəl qalıb.

Görünür, baş tutacaq yeni iclas baş məşqçi üçün heç də asan keçməyəcək.

Çünki rəhbər şəxslərin ona gönəlik irad və təklifləri "n" qədərdir.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti