"Biz "istefa" deməmişik, klub rəhbərliyi və baş məşqçidən heç bir narazılığımız yoxdur"

12 Fevral 2023 21:20 Kəpəz 1 064
"Biz "istefa" deməmişik, klub rəhbərliyi və baş məşqçidən heç bir narazılığımız yoxdur"

«Bizim klub rəhbərliyindən və baş məşqçidən heç bir narazılığımız yoxdur».

Bu sözləri Sportinfo.az-a açıqlamasıqnda «Kəpəz»FK Veteranlar Şurasının sədri Tofiq Məmmədov deyib.

Xəbər verdiyimiz kimi, «Kəpəz»in bir qrup veteran futbolçusu klub əməkdaşı və azarkeşlərlə birgə toplantı keçirib.

Qapalı məkanda təşkil olunan yığıncaqda Gəncə təmsilçisinin mövcud durumu, idarəçiliyi və nəticələri geniş müzakirə olunub.

Onlar şəhərin icra başçısı Niyazi Bayramova məktub hazırlayıb.

Narazı kəsim İlqar Nadirinin «Kəpəz»in İdarə Heyətinin sədri postundan uzaqlaşdırılmasını tələb edir. Nizami yurdunda xırda biznesmen kimi tanınan Nadirinin «Kəpəz»i şəxsi maraqlarına qurban verməsi xüsusi vurğulanıb.

Belə ki, o, özünə 12 min maaş yazıb və vəzifədə qalmaq naminə klubun çətin vəziyyətə düşməsinə səbəbkardır.

Veteranlar və fanatlar sədr vəzifəsinə Mehman Allahverdiyevin gətirilməsinə köməklik göstərməsini icra başçısından xahiş eləyib.
Həmçinin Tərlan Əhmədovun baş məşqçi postundan uzaqlaşdırılması üçün Niyazi Bayramovdan dəstək istənilib.

İş ondadır ki, 4 ay öncə görəvə gələn çalışdırıcı müxtəlif deputatların adını çəkərək, gəncəli futbolsevərlərə «gözdağı» verib.

Şikayətçilər Etibar İbrahimovun yenidən komandanın sükanı arxasına qaytarılması fikrini dəstəkləyib.

T.Məmmədov bu yığıncaqda iştirak etmədiklərini bildirib:

«Mən və müavinim Firuz Qulami orada olmamışıq. Belə bir toplan tıdan xəbərimz yoxdur.

Biz ömrünü «Kəpəz»ə həsr etmiş, bu klubun daim uğur qazanmasını istəyən şəxslərik. Həmişə çalışmışıq ki, «Kəpəz»ə dəstək olaq.

İlqar Nadiri və Tərlan Əhmədovdan niyə narazılıq etməliyik? Həm İdarə Heyətinin sədri, həm də baş məşqçi «Kəpəz»in uğur qazanmasını istəyir.

Onlar bunun üçün əllərindən gələni edirlər. Stadionda «istefa» şüarı səsləndirənlər gənclərdir. Nə vaxt stadiona gəlsəz, görərsiz ki, bu çağırışı edənlər onlardır.

«Kəpəz»in veteranıları, yaşlı azarkeşlər heç vaxt onlara qoşulmayıb, «istefa» qışqırmayıb. Biz ümumi vəziyyəti yaxşı başa düşürük, bilirik ki, komandanın şəraiti heç də yaxşı deyil. bunları nəzərə alırıq.

Tək istyimiz odur ki, «Kəpəz» çempionatda qalsın və ildən-ilə daha yaxşı çıxış etsin. Axı bu klubun böyük keçmişi var.

Gəncədə futbolu hamı sevir. Bu boyda şəhərin bir komandası var və hər bir gəncəli «Kəpəz»ə dəstək versə, yaxşı olar».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti