Tərlan Əhmədovun ƏDALƏTİ...

15 Fevral 2023 23:40 Kəpəz 1 098
Tərlan Əhmədovun ƏDALƏTİ...

Tərlan Əhmədov "Turan Tovuz"a məğlubiyyətdən (0:2) sonra mətbuat konfransında açdı sandığı, tökdü pambığı.

Bütün gəncəliləri özünə əks cəbhədə təqdim etdi. Rəhbərliyi günahkar çıxardı. Futbolçuları qınadı. Yanında bir kimsənin də olmadığını iddia etdi.

Yox, bu deyilənlər sandıqdan çıxan bütün "pambıq"lar ola bilməz. Deyəsən, təcrübəli mütəxəssis özünə sərf edənləri aşkara çıxarıb, qalanların yenə sandıqda saxlayıb.

Bizim sandıqlıq işimiz yoxdur. Sandıqda olanları aşkara çıxarmaq isə əsl bizim işimizdir.

Baş məşqçi bildirir ki, problemlər haqqında rəhbərliyi məlumatlandırsam da, öz həllini tapmır. Deyirəm, insaf da dinin yarısıdır axı.

"Kəpəz"də Tərlan Əhmədova edilənlərin heç yarısı sələfi Yaşar Vahabzadəyə edilməyib.

Məsələn, Yaşar müəllimin dövründən fərqli olaraq Əhmədovun dövründə komanda bir gün əvvəldən bir araya yığılır. Oyundan sonrakı gün futbolçulara basseyn, trenajor və sauna təşkil olunur. 45 dəqiqəlik Tovuz səfərinə komanda 1 gün əvvəldən yollanır və.s, və.i.

Əfran İsmayılov, Rauf Əliyev, Mixail Ergemlidze, Əli Səmədov və Peyman Keşevarzi də məhz onun istəyi əsasında rəhbərlik tərəfindən yolların ayrılmasına nail olunub. Qış fasiləsində heyətə 3-ü legioner olmaqla 5 yeni futbolçu cəlb edilib.

Bu, bizim bildiyimiz istək və arzulardı ki, rəhbərlik həyata keçirib. İndi durub, "bəlkə də sıfır faiz" mənim yanımdadır demək hansı ədalətə sığır?

Olmaya, düşünürsüz ki, 10 oyunluq qələbəsizlik seriyasına yerli publika susmalıdır və ya rəhbərlik onları susdurmalıdır?

Bunun tək yolu qazanılacaq qələbələrdən keçir, Tərlan bəy.

Bunu siz çoxdan bilməliydiniz axı. Çünki gələndə elə özününüz "hara gəldiyimi yaxşı bilirəm" demişdiniz.

Deməli ya onda yalan demisiniz, ya da indi yalan danışırsınız!

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti