Klubun bazası önünə yığışdılar, rəhbər qaçıb gizləndi, baş məşqçi imtina etdi

11 Fevral 2023 23:40 Kəpəz 1 428
Klubun bazası önünə yığışdılar, rəhbər qaçıb gizləndi, baş məşqçi imtina etdi

«Kəpəz»in Premyer Liqanın 22-ci turu çərçivəsində bu gün qərb derbisində «Turan Tovuz»a uduzması (0:2) gəncəli azarkeşlərin səbr kasasını daşırıb.

Qonşu rayondan məyus dönən fanatlar klubun bazasının önündə toplaşıb.

Narazı tərəfdarlar idarəçilərin və baş məşqçinin istefasını tələb ediblər.

İdarə Heyətinin sədri İlqar Nadiri onların qarşısına çıxmağa özündə cəsarət tapmayıb. Tərlan Əhmədov da görüşdən imtina edib. Buna rəğmən, narazı azarkeşlər gecə saatlarınadək bazanın önündən çəkilməyib.

Matç zamanı Gəncə təmsilçisinin fanatları Tərlan Əhmədovu istefaya səsləyiblər. Fanatlar "Tərlan istefa" şüarı ilə yanaşı, futbolçuların ünvanına "Formanı çıxarın, rədd olun gedin" qışqırıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti