Klub rəsmiləri oyuna baxmaq üçün 100 manata bilet aldı

11 Fevral 2023 20:40 Kəpəz 696
Klub rəsmiləri oyuna baxmaq üçün 100 manata bilet aldı

Türkiyədı baş vermiş təbii fəlakət Azərbaycan xalqını sarsıdıb.

Ölkəmizdə və ölkəmizdən kənarda yaşayan həmyerlilərimiz qardaş ölkəyə hansısa mənada dəstək verir, yanında olduğunu göstərir.

“Turan Tovuz” “Kəpəz”lə ev oyununa görə təşkil olunan bilet satışından əldə olunacağı gəliri son qəpiyinə qədər Türkiyədə zərər çəkən insanlara göndərəcəyini açıqlayıb.

Aksiyaya klub rəsmiləri də qoşulub.

Qərb təmsilçisinin Müşahidə Şurasının üzvləri Vidadi Əhmədovla Yaşar Sultanov “Kəpəz”lə oyuna baxmaq üçün Bakıdan Tovuza təşrif buyurub.

Klubun sabiq prezidenti ilə icraçı direktoru Türkiyəyə yardım məqsədi ilə bilet alıb. Hər iki şəxs bunun üçün 100 manatından keçib.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti