“Kəpəz”in baş məşqçisi Tərlan Əhmədovla bağlı növbəti iddia baş qaldırıb.
Bu barədə təctübəli çalışdırıcının keçmiş dostu, “Kəpəz”in stajlı azarkeşlərindən olan Natiq Əsədov “feysbuk” səhifəsində paylaşım edib.
Əsədov Tərlan Əhmədovun oyunlardan əvvəl tilsimdən istifadə etdiyini yazaraq, bunu faktla əsaslandırıb:
“Bizim şəhərə İmam Hüseyn şəhəri deyirlər.
Gəncə camaatı cadu-pitidən, tilsimdən uzaq olub həmişə. Sizə gördüyüm, izlədiyim işdən danışım.
“Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov oyunlara əlində 0,5 litrlik su şüşəsi ilə çıxır. Bu, sudursa, niyə içmir? Məndə olan məlumata görə, bu adam cadu, tilsimlə məşğuldur.
“Turan Tovuz” xəbərdarlıq!
Ola bilər bu yazıdan sonra şüşə qab onun yox, dostlarının əlində olsun. Özünüzü qoruyun!”
“Kəpəz” Premyer Liqanın 22-ci turunda səfərdə “Turan Tovuz”un qonağı olacaq. Fevralın 11-nə planlaşdırılan qarşılaşma saat 14:00-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ

