“Kəpəz” rəsmisi “Turan Tovuz”a necə dəstək oldu? – VİDEO

7 Fevral 2023 21:00 Kəpəz 964
“Kəpəz” rəsmisi “Turan Tovuz”a necə dəstək oldu? – VİDEO

“Turan Tovuz” 8 oyunluq fasilədən sonra, nəhayət, 21-ci tur qələbə qazana bildi.

Komanda Şamaxı səfərində minimal hesablı qələbə qazanmaqla (1:0) bunu bacardı.

Bölgə klubu çətin səfərdə dəstəkləyən fanatlar arasında “Kəpəz”in mühafizə xidmətinin rəisi Elmir Əliyev də yer alıb.

Qəribəsi odur ki, əzəli rəqibin klub rəsmisi 90 dəqiqə Tovuz təmsilçisinə dəstək nümayiş etdirib.

Bu barədə oyundan sonra Elmirlə bərabər video çəkən “Turan”ın qolkiperi Kamal Bayramov danışıb.

Təcrübəli futbolçu buna görə Əliyevə xüsusi təşəkkür etməyi də unutmayıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Həmin anın görüntülərini sizə təqdim edirik:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti