"Qarabağ"la oyundakı nəticə bizə xoş oldu, amma..."

6 Fevral 2023 23:40 Kəpəz 450
"Qarabağ"la oyundakı nəticə bizə xoş oldu, amma..."

Azərbaycan Premyer Liqasının lideri "Qarabağ" 21-ci turu xal itkisi ilə başa vurdu.

Gəncədə "Kəpəz"in qonağı olan ağdamlılar asan qələbə qazanacağı ehtimal olunan səfərdən xal itkisi ilə qayıtdı.

90 dəqiqə əzmkar, mübariz oyun göstərən qərb təmsilçisi güclü rəqibi ilə bərabərə qalmağı bacardı - 1:1.

Oyunun ən yaxşılarından olan "Kəpəz"in gürcüstanlı yarımmüdafiəçisi Mate Kvirkviya 1 xalın sevincini bizimlə bölüşüb:

"Liderlə qarşılaşırdıq. Çox gərgin oyun keçdi. Sonda istəyimizə çatdıq. "Qarabağ"la oyunda əldə olunan nəticə xoş oldu".

Gürcüstanlı futbolçu "Adlı-sanlı rəqiblə oyunda xal qazanmağı necə bacardınız?" sualına isə belə cavab verib:

"Bu futboldur. Hamımız oynaya bilirik. Sevindirici haldır ki, sonda istədiyimiz nəticə oldu. Qarşıdakı turlarda qalib gəlməliyik".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti